Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Sabah”la qarşılaşacaq “Kəpəz” bu matça hazırlıqlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisinin heyətində hər hansı bir zədəli və cəzalı futbolçu yoxdu. Son turda cəza səbəbindən “Səbail”lə oyunda meydana çıxmayan Dioqo Verdaşka və bir müddətdi ki, zədəli olan Elmir Tağıyev komandayla birgə Bakıya səfər edəcək.
Bölgə klubunun baş məşqçisi Azər Bağırov bu futbolçulara güvənəcəyi təqdirdə onlar meydana çıxa biləcək.
Qeyd edək ki, “Sabah” – “Kəpəz” oyunu noyabrın 9-da, saat 19:30-da başlayacaq.