26 Noyabr 2024
Dünya futbolu

Flik Yamalın oynamasını istəmir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik zədəli futbolçusu Lamin Yamalın durumundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis yarımmüdafiəçinin millinin heyətində oynamasına qarşı olub:

“Düşünürəm ki, həkimlər Lamindən millidə oynamamağı xahiş edəcəklər. Kral Futbol Federasiyası ilə danışacağıq. Belə bir fürsət olsaydı, “Real Sosyedad”a qarşı oynayardı, amma olmadı. Ümid edirəm ki milli komandada düzgün qərar verəcəklər”.

Daha əvvəl məlum olmuşdu ki, 17 yaşlı futbolçu Çempionlar Liqasının “Srvena Zvezda” ilə oyununda (5:2) topuq nahiyəsində ciddi zədə alıb və bu səbəbdən İspaniya çempionatında bazar günü “Real Sosyedad”la oyunu (0:1) buraxıb.

İspaniya millisi Millətlər Liqasında Danimarka və İsveçrə komanda ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43