25 Noyabr 2024
Ölkə futbolu

Frank De Bleker “Turan Tovuz”un matçındakı mübahisəli epizodları şərh etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasınınn XIII turunda keçirilmiş “Səbail” – “Turan Tovuz” matçındakı mübahisəli epizodları şərh edib.

İdmanxeber.az xəbər verir ki, o, baş hakim İnqilab Məmmədovun qərarlarını doğru hesab etdiyini bildirib.

Blekere ilk hissənin sonlarında yaşananlara toxunub:

“42-ci dəqiqədə “Səbail”in futbolçusu Mert Çelik topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un oyunçusu İsmayıl Zülfüqarlının ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur. “Turan Tovuz”un oyunçusu Kristian da Silva penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un üzvü Ayxan Quseynov onu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43