“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” “Ayntraxt”ın futbolçusu Omar Marmuşu heyətə cəlb etmək istəyir. Artıq tərəflər arasında danışıqlar başlayıb.
Yerli mətbuat yazır ki, 25 yaşlı misirli hücumçu özünü Almaniyada xoşbəxt hiss edir.
Omar Marmuş bu mövsüm “Ayntraxt”ın heyətində 16 oyuna çıxaraq 14 qol vurub və 10 qolun ötürməsini edib.