“Mançester Siti” Erlinq Haalandıla yeni müqavilə imzalamaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik norveçlini uzun müddət komandada saxlamaq niyyətindədir. “Şəhərlilər” Haalanda illik 20 milyon avro maaş təklif edib. Futbolçu özü də komandada qalmağa isti yanaşır.
Futbolçuya təklif edilən yeni müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub. Onun sərbəstqalma bədəli 150 milyon avro təyin ediləcək
Qeyd edək ki, “Mançester Siti” Erlinq Haalandı 2022-ci ilin yayında “Borussiya”dan transfer edib.