27 Dekabr 2024
Dünya futbolu

Huşunu itirən futbolçuya İtaliyada oynamaq qadağan edilə bilər

A Seriyasının 14-cü turunun “İnter”lə oyununda huşunu itirən “Fiorentina”nın futbolusu Edoardo Boveyə İtaliyada futbol oynamaq qadağan oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, həkimlər yarımmüdafiəçinin mümkün ürək patologiyasını müəyyən etmək üçün genetik testlər keçirməyi planlaşdırırlar. Həkimlər Bovenin ürək problemlərinin anadangəlmə aritmogen kardiomiopatiyaya səbəb ola biləcəyini irəli sürürlər. Əgər bu təsdiqini tapsa, Bovse məcburən karyerasını başqa ölkədə davam etdirməli olacaq.

A Seriyasının reqlamentində futbolçuların kardiostimulyatorla oynamasını qadağan edən bənd var. Məhz bu səbəbdən 22 yaşlı futbolçu ən yaxşı halda başqa çempionatda karyerasına davam edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43