21 İyul 2026
Dünya futbolu

Lionel Messi: “Azərbaycana təşəkkür edirəm”

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi Bakı Kristal Zalında təşkil olunan tədbirdə iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, əfsanəvi oyunçu ilk dəfədir Azərbaycanda olduğunu qeyd edib:

“Bu cür isti qarşılanmaya görə Azərbaycana təşəkkür edirəm. Azərbaycan mədəniyyəti və insanları ilə tanış oldum. Buna görə çox xoşbəxtəm”.

Qeyd edək ki, tədbirdə dünya ulduzları Luis Suarez, Serxio Buskets və Xordi Alba da iştirak edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43