“Neftçi” yayda heyətinə qatdığı Emil Səfərovun təzminat məbləğini tam ödəyib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” mövsümün əvvəlində transfer etdiyi “Qəbələ”nin futbolçusu üçün qalan borcu da bağlayıb.
Bakı klubu Səfərov üçün 350 min manat təzminat ödəmələydi. Bu məbləğin bir qismi verilsə də, borcun bir hissəsi qalmışdı.
Klub rəhbərliyi “Qəbələ”yə borclu qalmaq istəməyib. Bu səbəbdən də Bakı təmsilçisi qarşı tərəfə olan borcunu sıfırlayıb.