08 Yanvar 2025
Ölkə futbolu

“Neftçi” legioneri ilə yolları ayırdı – RƏSMİ 

“Neftçi” futbolçusu Mark Tamaşla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bakı təmsilçisi macarıstanlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Tamaş “Neftçi”nin heyətində 39 rəsmi oyun keçirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43