“Bayer” klubu hücum xəttini yeni oyunçu cəlb edib.
İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi “Aston Villa”dan Emiliano Buendiyanı icarəyə götürüb. “Bayer” 20 milyon avro ödəməklə 28 yaşlı oyunçunun transfer hüququna yiyələnə bilər.
Argentina millisinə də dəvət almış təcrübəli oyunçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol vurub.