04 Fevral 2025
Dünya futbolu

Onlarda mahir, bizdə Mahir

Almaniya II Bundesliqa kublarından “Nürnberq”in futbolçusu Stefanos Tsimas karyerasını İngiltərənin “Brayton” klubunda davam etdirəcək.

Mahir Emrelinin də komanda yoldaşı olan yunanıstanlı futbolçu 2024-cü ilin yayında II Bundesliqa təmsilçisinə transfer olunmuşdu. Mövsümün ilk bölümünü yüksək səviyyədə keçirən 19 yaşlı futbolçu ingilislərin maraq dairəsinə düşüb. Bu səbəbdən də, “Brayton” Tsimas transferi üçün “Nürnberq”lə anlaşıb və futbolçunu rənglərinə qatıb.

“Brayton” yunan futbolçu üçün Almaniya klubuna 25 milyon avro təzminat ödəyib. Gənc forvard mövsümün sonuna kimi hazırkı komandasında qalacaq.

Yaydan həmdə millimizin üzvü Mahir Emreli “Nürnberq”in formasını geyinir. Lakin azərbaycanlı futbolçu nəinki Avropa klublarının diqqətini çəkməyib, hətta komandasında əsas heyətdəki yerini itirib. Qeyri-stabil çıxışı ilə diqqət çəkən futbolçumuz yalnız komanda yoldaşlarının yüksək Liqalara gedişini izləməkə məşğuldu.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43