04 Fevral 2025
Ölkə futbolu

“Mehdi Hüseynzadə”də keçirilən oyunları 72230 tamaşaçı canlı izləyib

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçirilən ilk qarşılaşmadan 1 il keçir.

İdmanxeber.az xəbər verir ki, ötən ilin bu günü “kimyaçılar” doğma stadionda “Neftçi” üzərində 2:1 hesablı qələbə qazanaraq arenaya toplaşmış 8100 azarkeşini sevindirməyə nail olmuşdu.

Ötən bir il ərzində “Sumqayıt” FK Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 21 oyun keçirib. Bu oyunların 19-u Misli Premyer Liqası, 1-i Azərbaycan Kuboku, 1-i isə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutub. Bu qarşılaşmalarda komanda 10 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.

Bir il ərzində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş 21 qarşılaşmanı ümumilikdə 72230 tamaşaçı canlı izləyib ki, bu da hər oyuna ortalama 3450 nəfər deməkdir. Bu oyunlarda ən çox azarkeş sayı ötən mövsüm baş tutmuş “Sumqayıt” – “Qarabağ” (Misli Premyer Liqası, 32-ci tur; 9300 tamaşaçı), “Sumqayıt” – “Qəbələ” (Misli Premyer Liqası, 36-cı tur; 9300 tamaşaçı) və cari mövsümün əvvəlində oynanılmış “Sumqayıt” – “Fehervar” (UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi; 9200 tamaşaçı) olub. Ən az azarkeş sayı isə bu mövsüm Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutmuş “Sumqayıt” – MOİK qarşılaşması olub ki, adıçəkilən qarşılaşmanı 400 nəfər stadiondan canlı izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43