05 Fevral 2025
Dünya futbolu

“Barselona”nın üzvü həkim nəzarətindədi

“Barselona”nın yarımmüdafiəçisi Qavinin həkim nəzarətində olduğu bildirilir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun  “Alaves”lə son oyunda (1:0) aldığı kəllə-beyin zədəsinin müalicəsi davam edir. O, hələ də ciddi həkim nəzarətindədir və xüsusi bərpa planına əməl edir. 

Futbolçu zədə səbəbindən  komanda ilə məşqlərdə iştirak edə bilmir. Onun nə zaman sağalacağı barədə məlumat verilməyib. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43