“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən komandada çıxış edən Romao 120 oyunda 2 qol vurub.
O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.