05 Fevral 2025
Ölkə futbolu

Azərbaycan Kuboku: “Neftçi” “Kəpəz”i məğlub etdi – YENİLƏNİB 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Kəpəz” “Neftçi”ni qəbul edib. Oyun “ağ-qaralar”ın qələbəsilə başa çatıb – 2:0.

Tərəflər arasında cavab oyunu ayın 28-də baş tutacaq.

Günün digər matçında isə “Sumqayıt” “Sabah”ın qonağı olacaq. Bu oyunun start fiti 18:30-da veriləcək.

 

5 fevral (çərşənbə)

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

16:00. “Kəpəz” – “Neftçi” 0:2 

Qol: Ağadadaş Salyanski, 34 (1:0), Yuri Matias, 69 (2:0)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Nicat İsmayıllı (AVAR)

Tovuz şəhər stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43