Türkiyə Kubokunun növbəti mərhələsinin oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” səfərdə azərbaycanlı oyunçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor”la üz-üzə gəlib.
Görüşün ilk hissəsində ev sahibi komanda hesabı açıb. Azərbaycanlı hücumçu “Boluspor”u önə keçirib – 1:0. Ardından “sarı-qırmızılar” matçda ard-arda qollar vuraraq görüşdən qalib ayrılıb – 4:1.