Misli Premyer Liqasının XXII turunun ən çox azarkeş qeydə alınan qarşılaşması bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu turda iki görüş tamaşaçıların daha çox marağını cəlb edib. “Şamaxı” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hər birində tribunalarda 1000 fanat qeydə alınıb.
Turun ən zəif göstəricisi isə Mərdəkanda müşahidə edilib. Naxçıvanı təmsil edib Bakıda məskunlaşan və ev oyunlarını paytaxda keçirən “Araz Naxçıvan”ın “Kəpəz”lə görüşünə cəmi 200 azarkeş gəlib.
Digər oyunlarda qeydə alınan azarekeş sayı belədir:
“Sabah” – “Turan Tovuz” – 800 (2:1)
“Qarabağ” – “Sebail” – 500