12 Fevral 2025
Dünya futbolu

“Trabzonspor”dan “Qalatasaray”a

“Qalatasaray” “Trabzonspor”un müdafiəçisi Eren Elmalını transfer edib. 

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 3,5+1 illik müqavilə imzalanıb. “Qalatasaray” oyunçuya qarşılıq 129 milyon TL təzminat ödəyəcək.

Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43