“Fənərbağça” yeni transferin Oqnen Mimoviç icarəyə verib.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu karyerasını “Zenit”də davam etdirəcək.
20 yaşlı sağ cinah müdafiəçisi Rusiya klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Serbiya millisinin üzvü “Fənərbağça”ya ötən ay “Srvena Zvezda”dan transfer olunub. İstanbul klubu onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.