13 Fevral 2025
Ölkə futbolu

“Neftçi” ona ehtiyac duyur: Gələn təkliflər geri çevrildi!

“Neftçi”in futbolçusu Edvin Kuç Türkiyədən təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, lakin Bakı təmsilçisi Monteneqro millisinin də şərəfini qoruyan futbolçunu heç yerə buraxmaq niyyətində deyil. “Neftçi” mərkəz yarımmüdafiəçisini heç bir kluba verməyəcəyini bildirib, onunla bağlı gələn təklifləri geri çevirib.

Qeyd edək ki, yayda Kosovanın “Ballkani” klubundan azad agent kimi “Neftçi”yə keçən təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43