“Maqdeburq”la oyun günü Mahir üçün asan olmadı. Ona görə də onunla yenidən danışdım”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Almaniyanın “Bild” nəşrinə millimizin üzvü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Mahirlə daim əlaqə saxlayıram. Mahir Emrelinin mənə lazım olduğunu onun özünə dəfələrlə bildirmişəm. Bəzən qərarların onun əleyhinə deyil, başqasının xeyrinə verilməsini Mahirin anlaması vacindir”.
Xatırladaq ki, Emrelinin “Nürnberq”i tərk edəcəyi barədə xəbərlər dolaşır.