Bu gün Azərbaycan U-17 millisi bu gün UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub – 0:3. Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq.
12:00. İran U-17 – Azərbaycan U-17 – 0:1
Qol: Amin Rzayev, 47

