22 Fevral 2025
Dünya futbolu

Millimizin futbolçusu Finlandiyada qol vurdu

Millimizin  futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti görüşünü keçirib. 

İdmanxeber.az-ın məlumatına görə, komanda KTP ilə üz-üzə gəlib və görüşdən 4:0 hesabı ilə qalib ayrılıb. Matça 72-ci dəqiqədə çıxan Kökçü 75-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.

HİK 12 xalla qrupda birinci yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43