22 Fevral 2025
Kateqoriyasız

Pusi “Şamaxı”ya nə qədər qazandırdı?

“Şamaxı”dan ayrılan Belajdi Pusi “şirlər”ə yaxşı pul qazandırıb.

İdmanxeber.az-ın məlumatına görə, albaniyalı forvardı heyətinə qatan Rusiyanın “Fakel” klubu bu keçid üçün “Şamaxı”ya 100 min dollara yaxın təzminat ödəyib. Pusinin “Fakel”də aylıq qazancı isə 15 min dollar olacaq.

Premyer Liqada qalmağı hədəfləyən “Şamaxı” Pusiyə gələn təklifə “yox” deyə bilməyib. Maliyyə problemləri olan komanda bu satışdan əldə olunan gəlirlərlə müəyyən borclarını bağlaya biləcəyini nəzərə alaraq keçidə müsbət yanaşıb.

Qeyd edək ki, Pusi 2024-ün yayında “Şamaxı”ya qoşulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43