UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə “Anderlext”lə qarşılaşacaq “Fənərbağça” Belçika klubu ilə görüşdə 6 futbolçusunun xidmətindən istifadə edə biməyəcək.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dominik Livakoviç, Aleksandru Ciku, Çağlar Söyüncü və İsmail Yüksek zədəlidir. Allan Sen-Maksimen isə xəstəlik səbəbindən “Anderlext”lə səfər görüşü üçün Belçikaya aparılmayıb.
Cengiz Underin isə niyə səfərə aparılmaması açıqlanmayıb.
Qeyd edək ki, “Anderlext” – “Fənərbaxça” qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.