Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə təmsilçiləri – “Qalatasaray” və “Fənərbağça” da öz növbəsində cavab matçlarına çıxacaqlar.
Qardaş ölkənin hər iki kollektivinin oyunları ölkəmizdə canlı yayımlanacaq.
Bakı vaxtı ilə saat 21:45-də başlayacaq “Qalatasaray” – “Az Alkmaar” qarşılaşması CBC Sport kanalının canlı yaymında olacaq.
Kanal bu görüşdən dərhal sonra, saat 23:55-dən etibarən “Anderlext” – “Fənərbağça” görüşünü mavi ekranlara gətirəcək.

