25 Fevral 2025
Dünya futbolu

“Qalatasaray” Mourinyodan şikayət edəcək

“Qalatasaray” “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu şikayət etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb dünən keçirilən derbinin ardından portuqliyalı mütəxəssisin açıqlaması olub. Mourinyo mətbuat konfransında “Qalatasaray” tərəfini nəzərdə tutaraq “meymunlar kimi ehtiyat oyunçular skamyasına tullanırlar” ifadəsini işlədib.

Bunun ardından “sarı-qırmızılar” bunun irqçilik olduğunu və bu barədə UEFA və FİFA-ya şikayət ünvanlayacağını açıqlayıb.

Xatırladaq ki, görüş qolsuz bərabərliklə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43