10 İyul 2026
Ölkə futbolu

“Qarabağ” və “Zirə” gerilədi, “Sabah” irəli getdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 501 klubun arasında Azərbaycandan 3 komanda yer alıb. Premyer Liqamızın lideri “Qarabağ”  əvvəlki reytinqlə nisbətdə 16 pillə geriləyib.

Qurban Qurbanovun komandası 147,75 xalla 103-cüdür. Sıralamada geriliyən digər təmsilçimiz isə “Zirə” olub. “Qartallar” 208-ci yerdən 219-cu sıraya (98,25 xal) enib. 

“Sabah” isə 61 pillə irəliləyib. 68,5 xala malik paytaxt klubu “Bravos do Maqeş” və “Kilmarnok”la 353-cü yeri bölüşür.  

Cədvələ 507 xalla “Real” liderlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43