10 İyul 2026
Ölkə futbolu

Fernandu Santuş millimizin heyətini açıqlayacaq

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. 

İdmanxeber.az xəbər verir ki, mətbuat konfransında milli komandamızın yoldaşlıq görüşü çərçivəsində martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Tədbir martın 13-də, saat 11:00-da AFFA-nın inzibati binasında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43