Luka Modriç gələcək karyerası ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu daha bir mövsümü “Real”da keçirmək istəyir. Rəhbərlik də Modriçdən məmnundu.
Bu səbəbdən də “kral klubu” oyunçu ilə müqavilə müddətini 2026-cı il iyunun 30-na qədər artırmağı planlaşdırır.
Bu mövsüm Modriç bütün turnirlərdə 44 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

