10 İyul 2026
Ölkə futbolu

“İnanıram ki, Haiti millisinə qalib gələcəyik” -Bəhlul Mustafazadə 

“İnanıram ki, Haiti millisinə qalib gələcəyik”

İdmanxeber.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Haiti ilə keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, rəqibin heyətində yaxşı futbolçular var: “Oyunlarını izləmişik. Məşqlərimizi də yaxşı keçirmişik. Heyətə cəlb olunan yeni simalar da özlərini göstərə bilirlər. Biz də çalışırıq ki, onlara kömək edək. Komandada ab-hava yaxşıdır. Qalib gəlmək istəyirik”.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43