Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Mozambiklə üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, görüş Əlcəzairin qələbəsilə başa çatıb – 5:1. “Qarabağ”ın futbolçusu Yassin Benzia görüşdə meydana çıxmayıb.
“Zirə”nin forvardı Rikardo Gimarayeş isə Mozambikin heyətində sona qədər oynayıb.
Hazırda G qrupunda Əlcəzair 15 xalla liderdir. Mozambik isə 12 xalla 2-cidir.

