21 İyul 2026
Dünya futbolu

Salah “Liverpul”la anlaşmağa yaxındır

“Liverpul”un hücumçusu Məhəmməd Salah mersisaydlılarla yeni müqavilə imzalamağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun agenti danışıqlarda irəliləyiş olduğunu bildirib. 32 yaşlı futbolçu 2017-ci il iyulun 1-də “Liverpul”a keçib və onun klubla sözləşməsi 2025-ci il iyunun 30-da başa çatır.

Bu mövsüm Salah bütün turnirlərdə 43 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43