“Kolxeti”nin yarımmüdafiəçisi Andria Bartişvili karyerasını İtaliyada davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” 15 yaşlı gürcünün xidmətində maraqlıdır. Turin klubu Bartişvilini yeni Xviça Kvaratsxeliya kimi görür.
Futbolçu 2025-ci ilin yanvarından “Kolxeti”nin ikinci komandasında çıxış edir. O, Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət millisində də 4 oyunda 2 qol vurub.

