“Barselona” yarımmüdafiəçisi Qavi barədə qərar qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik 20 yaşlı futbolçunu satmaq niyyətində deyil. Gənc oyunçu da komandadan ayrılmaq istəmir.
Qavi bu mövsüm Hans-Diter Flikin komandasının heyətində 28 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

