07 İyul 2026
Dünya futbolu

“Milan” futbolçusu ilə anlaşa bilmir

“Milan”ın sol cinah müdafiəçisi Teo Hernandes yay transfer pəncərəsində komandanı tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçunu  satmaq niyyətindədir. 27 yaşlı oyunçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Tərəflər hələ də onun uzadılması ilə bağlı razılığa gələ bilməyib.

Bu mövsüm Hernandes bütün turnirlərdə 35 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43