Azərbaycan I Liqa təmsilçisi “Difai” klubu Premyer Liqaya yüksəlmək istəyir.
İdmanxeber.az-a verilən məlumata görə, Ağsu təmsilçisi bunun üçün hərəkətə keçib. Rəhbərlik bununla bağlı federasiyaya müraciət edib.
Onlar Premyer Liqa tələblərindən biri olan PRO kateqoriyalı məşqçi Novruz Əzimovla da anlaşıblar.
Klub tələb olunan digər lisenziyalaşdırma şərtlərini də həyata keçirmək istəyir.

