“Atletiko” “Betis”də icarə əsasında çıxış edən vinger Antonini heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu müqavilə ilə “Mançester Yunayted”ə məxsus oyunçu üçün danışıqlara başlayacaq.
Futbolçu İspaniya çempionatının cari mövsümündə 8 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

