10 İyul 2026
Ölkə futbolu

Azərbaycan Kuboku: “Qarabağ” 75-ci səfər oyununu keçirdi

“Qarabağ” Azərbaycan Kubokunda 75-ci səfər oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib.

“Araz-Naxçıvan”la görüş Ağdam klubu üçün yubileylə əlamətdar olub. 75-ci qarşılaşma həm də 20-ci məğlubiyyətlə nəticələnib. Qurban Qurbanovun yetirmələri 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ” ölkə kubokunda 1993-cü ildə debüt edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43