10 İyul 2026
Dünya futbolu

“Barselona” türkiyəli futbolçunu istəyir

“Yuventus”un hücumçusu Kenan Yıldız “Barselona” maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı futbolçu Turin təmsilçisindən ayrıla bilər. Rəhbərlik onun transferindən 50 milyon avro qazanmağı gözləyir.

Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir.  Kenan Yıldız İtaliya çempionatının cari mövsümündə 29 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43