06 İyun 2026
Ölkə futbolu

“Sabah”da ciddi itki – almaniyalı sıradan çıxdı

“Neftçi” ilə oyunda zədələnən Coy-Lens Mikelsin son durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, MRT müayinəsinin cavabının ardından oyunçunun zədəsinin ciddi olduğu ortaya çıxıb. Futbolçuya topuq bağlarının hissəvi yırtığı (Grade 2) diaqnozu qoyulub ki, bu da onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı deməkdir.

Mikelsin məşqlərə tam olaraq nə vaxt başlaması müalicə və bərpa prosesinin gedişindən asılı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43