19 İyun 2026
Dünya futbolu

Bundesliqa klubu 30 milyona oyunçu aldı

Almaniyanın “Leypziq” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Löven”dən Ezekyel Banzuzini transfer edib.  20 yaşlı yarımmüdafiəçi üçün Belçika klubuna 30 milyon avro təzminat ödəyib.

Gənc futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43