“Təəssüf ki, milli komandamız uğursuz nəticələrlə yadda qaldı. Biz bundan razı deyilik. Baş məşqçi Fernandu Santuşla müzakirələrimizdə narazılığımızı ona bildirdik. Hədəfimiz odur ki, yığmamız qarşıdakı yoldaşlıq və rəsmi matçlarda uğurlu nəticə və məzmunlu oyun göstərsin. Həmçinin Avro-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişilməz olaraq qalır”.
İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin son uğursuz çıxışları haqda danışarkən deyib. R.Nəcəf AFFA-nın İnkişaf Strategiyası ilə bağlı da fikirlərini bildirib:
“İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq. Azərbaycan yalnız qələbələrə layiqdir. Misli Premyer Liqasında komanda sayının artırılması da önəmli addımdır. Beləliklə, futbolun kütləviliyi artacaq”.

