06 İyun 2026
Dünya futbolu

Salah “Liverpul”da qaldı – RƏSMİ

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqaviləni uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmənin müddəti  2027-ci ilin iyununa qədərdir. Son vaxtlar Salahın komandadan ayrılacağı bildirilsə də, rəhbərlik futbolçunu razı sala bilib.

2017-ci ildən “Liverpul”da çıxış edən Salah bu mövsüm Mersisayd təmsilçisində ümumilikdə 45 oyuna 32 qol vurub, 22 qol ötürməsi edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43