30 İyun 2026
Ölkə futbolu

“Neftçi” – “Zirə” matçına doğru: bu futbolçular oynamayacaq 

Misli Premyer Liqasının XXX turunda “Neftçi” “Zirə” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda görüşə itkilərlə çıxacaq. “Ağ-qaralar”da Emil Səfərov, Emin Mahmudov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər.

“Zirə”də də bu görüş öncəsi itkilər var. Zədəli Fuad Bayramov və Yusuf Laval görüşü kənardan izləyəcək.

“Neftçi” – “Zirə” matçı bu axşam saat 19:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43