09 İyul 2026
Ölkə futbolu

Rəşad Sadiqov rəqibi təhqir etdi, 5 oyunluq diskvalifikasiya edildi

AFFA İntizam Komitəsi Azərbaycan millisinin sabiq üzvü, hazırda “Qarabağ”ın U-17 komandasına baş məşqçilik edən Rəşad Sadiqovu cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Qərarda bildirilir ki, AFFA U-17 liqasında keçirilən “Zirə” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində qonaqların baş məşqçisi Rəşad Sadiqov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu səbəbdən 5 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, R.Sadiqov ötən ilin yayından “Qarabağ” U-17-ni çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43