“Mançester Yunayted”lə matçda iştirak etməyən “Nyukasl”ın baş məşqçisi Eddi Hou daha iki Premyer Liqa oyununda komandasının yanında olmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb çalışdırıcının xəstələnməsidi.
Soyuqdəymə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Eddi Hounun durumu normaldı.
Qeyd edək ki, “Nyukasl” Hounun rəhbərliyi altında mart ayında İngiltərə Liqa kubokunu qazanıb.

