07 İyun 2026
Dünyadan

“Qarabağ”ın sabiq üzvü B seriya klubu ilə anlaşdı

“Qaraba”ın sabiq futbolçusu Vaqner Silva karyerasını vətəni Braziliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı qolkiper B Seriyası təmsilçisi “Operario Ferroviario” klubu ilə anlaşıb. Təcrübəli qapıçı 1 il bu komandanın şərəfini qoruyacaq.

Vaqner Silva 2018/19 mövsümündə “Qarabağ”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43