“Bayer”in yarımmüdafiəçisi Qranit Caka karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhəngi artıq Caka ilə ilkin danışıqlar aparır.
32 yaşlı futbolçu özü də Türkiyədə oynamağa müsbət yanaşır.
İsveçrə millisinin üzvü bu mövsüm Leverluzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

