Türkiyə Super Liqasında komanda sayı azaldıldı.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası qərar qəbul edib. Qərarda bildirilir ki, növbəti mövsümdən Super Liqada 18 komanda iştirak edəcək.
Birinci liqadan əsas liqaya isə 3 komanda yüksələcək.
Xatırladaq ki, cari mövsüm çempionatda 19 klub mübarizə aparırdı.
Açıqlamada aşağı liqalarda da klub sayının azaldılacağı qeyd edilib.

